Falkenstein/Vogtl.، Saxony، Germany

خودکار
به نظر می‌رسد از وی‌پی‌ان یا پروکسی استفاده می‌کنید.در این حالت آب‌وهوایی که می‌بینید مربوط به شهر سرور است، نه شهر شما. کافی است شهر واقعی‌تان را از فهرست زیر انتخاب کنید.
56 AQIقابل قبول5 µg/m³ذرات ۲.۵
95%احتمال بارش
تغییر شهر

منبع داده: Open-Meteoمنطقه‌ی زمانی: Europe/Berlin

2025-ci il Nobel Mükafatının Macar qalibi Laslo Krasnahorkay kimdir?

İsveç Akademiyası Ədəbiyyat üzrə Nobel Mükafatını ona “əsərlərinin təsirli olması və apokaliptik qorxunun mərkəzində sənətin gücünü göstərən bəsirətinə görə” təqdim etdi.

Anlamedia, 9 Oktyabr 2025

Macar yazıçısı Laslo Krasnahorkay (Krasznahorkai László) Ədəbiyyat üzrə Nobel Mükafatının, həmçinin Koşut Mükafatı və Yozef Attila Mükafatının qalibidir. O, 5 yanvar 1954-cü ildə Macarıstanın Gyula şəhərində anadan olub və 2004-cü ildən Dijital Ədəbiyyat Akademiyasının, eləcə də Seçeni Ədəbiyyat və İncəsənət Akademiyasının üzvüdür. 18 may 2015-ci ildə Beynəlxalq Man Booker Mükafatını, 2019-cu ildə isə “Ən Yaxşı Tərcümə” kateqoriyasında Amerika Milli Kitab Mükafatını alıb. 2025-ci ildə İsveç Kral Elmlər Akademiyası ona Ədəbiyyat üzrə Nobel Mükafatını təqdim etdi.

71 yaşı olan yazıçı mükafatı “təsirli əsərləri və bəsirəti” sayəsində qazandı. Krasnahorkay 1954-cü ildə Rumıniya sərhədinə yaxın olan Gyula şəhərində anadan olub. O, ilk əsərlərində öz ölkəsinin kənd yerlərindən ilhamlanıb. Onun “Satantango” (Şeytan Rəqsi) adlı ilk romanı 1985-ci ildə nəşr edilib və 1994-cü ildə Krasnahorkayın özünün ssenarisini yazdığı filmə uyğunlaşdırılıb. Üçüncü romanı olan “Müharibə və Müharibə” (1999) əsərində isə daxili mövzulardan əlavə, digər ölkələrin problemlərinə də toxunub.

Krasnahorkay həmçinin “Turin Atı” və “Qaranlıq Harmoniyalar” kimi filmlərin ssenarisini yazıb. Bəzi tənqidçilər onu “Apokalisisin Ustası” kimi təsvir ediblər. Onun “Müqavimətin Melanxoliyası”, “Müharibə və Müharibə”, “Şeytan Rəqsi” və “Seybo Orada, Aşağıda idi” kimi əsərləri Türk dilinə də tərcümə olunub.

Bioqrafiya

Atası, Krasnahorkay György, vəkil, anası Palinkaş Júlia isə sığorta işçisi idi. 1960-1968-ci illərdə Gyula İbtidai Məktəbində, daha sonra Gyula Erkel Ferens Liseyində Latın dili üzrə təhsil alıb. Ardınca Seqed və Budapeşt Universitetlərində hüquq təhsili alsa da, 1977-1983-cü illərdə Macarıstanın ELTE Universitetinin Ədəbiyyat Fakültəsini Ədəbiyyat və Xalq Təhsili ixtisası üzrə bitirib.

Onun “Sənə İnandım” adlı ilk yazısı 1977-ci ildə “Mozgó Világ” jurnalında dərc edilib. O, 1977-1982-ci illərdə “Gondolat” nəşriyyatında sənədli film müəllifi (sənədçi) kimi çalışıb, 1982-ci ildən isə sərbəst yazıçı kimi fəaliyyət göstərib. Onun bəzi əsərləri, o cümlədən “Satantango”, dostu, rejissor Bela Tarr tərəfindən filmə çevrilib.

O, 1987-ci ildə ilk dəfə Kadar rejiminin hökmranlığı altında olan Macarıstanı tərk edə bilib və DAAD-ın qonağı kimi bir il Qərbi Berlində yaşayıb. Şərq Blokunun süqutundan sonra yaşayış yeri tez-tez dəyişib və o, Almaniya, Fransa, İspaniya, Amerika, İngiltərə, Hollandiya, İtaliya, Yunanıstan, Çin və Yaponiya da daxil olmaqla müxtəlif ölkələrdə dövrlər keçirib.

Onun əsərləri bütün dünyada, Amerikadan Yaponiyaya qədər tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Susan Sontaq onu “Qoqol və Melvili xatırladan Macar apokalipsis ustası” adlandırıb. W. G. Sebald isə onun haqqında yazmışdı: “Krasnahorkayın dünyagörüşünün universallığı [Avstriyalı yazar] Holt Lükkenin yazarınınkına bənzəyir və müasir ədəbiyyatla bağlı bütün şübhələrimizi aradan qaldırır.”

دیدگاه‌ها

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son Xabarlar