Falkenstein/Vogtl.، Saxony، Germany

خودکار
به نظر می‌رسد از وی‌پی‌ان یا پروکسی استفاده می‌کنید.در این حالت آب‌وهوایی که می‌بینید مربوط به شهر سرور است، نه شهر شما. کافی است شهر واقعی‌تان را از فهرست زیر انتخاب کنید.
55 AQIقابل قبول9 µg/m³ذرات ۲.۵
15%احتمال بارش
تغییر شهر

منبع داده: Open-Meteoمنطقه‌ی زمانی: Europe/Berlin

Category: Ketegorisiz

  • Seyid Cəfər Pişəvəriyə aid istintaq materialları (1930-1940)

    PƏkrəm Rəhimlinin topladığı pişəvəriyə aid istintaq materiallarıdırnda Pəhləvi rejiminin
    azad düşüncə və demokratiyaya qarşı zorakılıq və amansızlığı öz əksini tapmışdı. İstintaq materiallarında S.C.Pişəvərinin dönməzliyi,
    mətanəti və qarşı tərəfə göstərdiyi mətinlik geniş aspektdə öz əksini tapmışdı.
    Kitab geniş oxucu kütləsi və Pişəvərisevər oxucular üçün nəzərdə tutul

    SÖZ ARDI
    Rza xan polisi 1309-cu ildə dey ayının 6-da (27 dekabr
    1930) bir sıra qabaqcıl nümayəndələrlə birlikdə S.C.Pişəvərini
    də həbsə almışlar. Həmin tarixdən 11 il müddətində onu
    həbsdə saxlamışlar. Lakin Qəsri-Qacar adlanan dəhşətli zin
    danındakı cəza və işgəncələr S.C.Pişəvərinin iradəsini qır
    mağa qadir olmamışdı. O, ən ağır polis təzyiqləri və olmazın
    əzab-işgəncələrə mətanətlə tab gətirmiş, öz mübarizə yolun
    dan azacıq belə geri çəkilməmişdi. S.C.Pişəvəri həyatının o
    dövrü haqqında danışarkən demişdi: “1309-cu ilin dey ayının
    6-da 35 yaşında Rza xan polisi məni həbsə aldı. Yoldaşlarımın
    əksəriyyəti zindanda böyük müqavimət və mətanət göstərdilər.
    Biz dayandıq, vuruşduq, həftələrlə yemədik, haqq sözlərimizi
    deməkdən çəkinmədik. Öz əməlləri haqqında özlərini müdafiə
    etməkdən insanlar çəkinən günlərdə bizim səsimiz həmişə uca
    lırdı. Rza xan polisi bizimlə hesablaşmaq məcburiyyətində qa
    lırdı.” S.C.Pişəvəri daha sonra yazır ki, biz səkkiz il zindanda
    qalarkən burada bizdən başqa siyasi məhbus yox idi. Rza xan
    bütün cəlladlıq dəsgahını tam mənasında bizim əleyhimizə
    yönəltmişdi. Tədrici ölümlə bizi məhv etmək istəyirdilər. Ən
    yaxşı dostlarımızı itirdik. Özümüz də fiziki cəhətdən ayaq
    dan düşdük. Lakin əhval-ruhiyyəmiz qüvvətli olduğu üçün
    mübarizəni davam etdirdik. Nəhayət 8 ildən sonra 53 nəfəri bi
    zim yanımıza gətirdilər… O, bu hadisəni İran azadlıqsevərləri
    daxilində mübarizə əhval-ruhiyyəsinin yüksəlməsi və Rza xan
    diktaturasının acizliyi əlaməti kimi qiymətləndirir. O, zinda
    na təzə gətirilmiş gənc mübarizlərə öz təcrübələrini öyrədirdi.
    S.C.Pişəvəri həmin dövrü xatırlayaraq deyirdi ki, 53 nəfər bizi
    görüb ruhlanırdılar, bizdən mənəvi qida alırdılar. İran tarixində
    qızıl hərflərlə yazılması zəruri olan cəsarət və fədakarlıqlar gös
    tə rirdilər. İran ziyalılarının gözü və çırağı hesab olunan doktorlar
    və professorlar yetkin siyasi mübarizlər kimi aclıq elan etdilər,
    döyüşdülər, döyüldülər, polisin təhqirlərini acı gülüş və isteh
    za ilə qarşıladılar. Böyük qurbanlar onları qorxutmayıb daha da
    həyəcanlandırdı və cəsarətləndirdi.

    Yazı S.C.Pişəvərinin
    “Xatirələrindən” iqtibas edilmişdi.

    kitabı endirin

  • AZƏRBAYCANDA İSTEHSAL EDİLMİŞ BƏDİİ FİLMLƏRİN SİYAHISI

    1. İlişdin. (səssiz, 1898) Rejissor: A.M. Mişon
    2. Qafqaz rəqsi. (səssiz, 1898) Rejissor: A.M. Mişon
    3. Arvad. (səssiz, 1915) Rejissor: Boris Svetlov
    4. Neft və milyonlar səltənətində. (səssiz, 1915) Rejissor: Boris Svetlov
    5. Yeni tərzdə köhnə əhvalat. (səssiz, 1915) Rejissor: Boris Svetlov
    6. Arvadlar ərlərini mənsəbə necə çatdırırlar? (səssiz, 1916) Rejissor: Boris Svetlov
    7. Arşın mal alan. (səssiz, 1916) Rejissor: Boris Svetlov
    8. Ayaqyalın məhəbbət (Bakıda hadisə). (səssiz, 1916) Rejissor: Boris Svetlov
    9. Knyaz Dəmir Bulat. (səssiz, 1916) Rejissor: Boris Svetlov
    10. Ölümünə bir saat qalmış. (səssiz, 1916) Rejissor: Boris Svetlov
    11. Bir alçalmanın tarixi. (səssiz, 1918) Rejissor: Boris Svetlov
    12. Bayquş. (səssiz, 1924) Rejissor: Georgi Kravçenko
    13. Qız qalası. (səssiz, 1924) Rejissor: Vladimir Balyuzek
    14. Mədənçi-neftçi istirahətdə və müalicədə. (səssiz, 1924) Rejissor: Aleksandr Litvinov
    15. Bismillah. (səssiz, 1925) Rejissor: A.M. Şərifzadə
    16. Əvəz-əvəzə. (səssiz, 1925) Rejissor: Aleksandr Litvinov
    17. Müxtəlif sahillərdə (Əlbəyaxa). (səssiz, 1926) Rejissor: Aleksandr Litvinov
    18. Balıqçılar. (səssiz, 1927) Rejissor: Rza Təhmasib
    19. Gilan Qızı (səssiz, 1928) Rejissor: Leo Mur
    20. Hacı Qara (Sona). (səssiz, 1928) Rejissor: A.M. Şərifzadə
    21. Vulkan üzərində ev. (səssiz, 1928) Rejissor: A. Beknazarov
    22. Sevil. (səssiz 1929) Rejissor: A. Beknazarov
    23. İlk komsomol buruğu. (səssiz, 1930) Rejissor: Boris Medvedev, İvan Frolov
    24. Qızıl kol (Dağlara hücum). (səssiz, 1930) Rejissor: Beypolat Askarov
    25. Lətif (Üz-üzə). (səssiz, 1930) Rejissor: Mikayıl Mikayılov
    26. Nikita İvanoviç və sosializm. (səssiz, 1931) Rejissor: A. Makovski
    27. Direktiv bant. (səssiz, 1932) Rejissor: Ağarza Quliyev
    28. Əlsiz adamlar. (səssiz, 1932) Rejissor: İqor Savçenko
    29. İyirmi altı komissar. (səssiz, 1932) Rejissor: Nikolay Şenqelaya.
    30. Dostlar (Muxtar). (səssiz, 1934) Rejissor: Ağarza Quliyev
    31. İki yoldaş. (səssiz, 1934) Rejissor: A. Makovski
    32. İsmət (Adətin məhvi). (səssiz, 1934) Rejissor: Mikayıl Mikayılov
    33. Altıncı hiss. (səssiz, 1935) Rejissor: Mikayıl Mikayılov
    34. Mavi dənizin sahilində. (səsli, 1935) Rejissor: Boris Barmet, Səməd Mərdanov
    35. Rəqs edən bağalar. (səssiz, 1935) Rejissor: Aleksandr Popov
    36. Məhəbbət oyunu. (səssiz, 1935) Rejissor: A. M. Şərifzadə
    37. Almaz. (səssiz, 1936) Rejissor: Ağarza Quliyev, Qriqori Braginski
    38. Dəcəl dəstə. (səsli, 1937) Rejissor: Aleksandr Popov
    39. Bakılılar. (səsli, 1938) Rejissor: Viktor Turin
    40. Hazır ol. (səsli, 1939) Rejissor: Mikayıl Mikayılov
    41. Kəndlilər. (səsli, 1940) Rejissor: Səməd Mərdanov
    42. Yeni Horizont. (səsli, 1940) Rejissor: Ağarza Quliyev, Qriqori Braginski
    43. Səbuhi. (1941) Rejissor: A. Beknazarov
    44. Vətən oğlu. (1941) Rejissor: Ağarza Quliyev
    45. Bəxtiyar. (1942) Rejissor: Ağarza Quliyev
    46. Sovet pəhləvanı. (1942) Rejissor: Mikayıl Mikayılov
    47. Sovqat. (1942) Rejissor: Hüseyn Seyidzadə, Niyazi Bədəlov
    48. Bir ailə. (1943) Rejissor: Qriqori Aleksandrov, Rza Təhmasib, Mikayıl Mikayılov
    49. Sualtı qayıq T-9 (1943) Rejisssor: Aleksandr İvanov, Nikolay Leşşenko
    50. Arşın mal alan. (1945) Rejisssor: Rza Təhmasib, Nikolay Leşşenko
    51. Fətəli xan. (1947) Rejissor: Yefim Dziqan
    52. Bakının işıqları. (1950) Rejissor: Aleksandr Zarixi, İosif Xeyfits, Rza Təhmasib
    53. Doğma xalqımıza. (1954) Rejissor: Yan Frid, Hüseyn Seyidzadə
    54. Bəxtiyar. (1955) Rejissor: Lətif Səfərov
    55. Görüş. (1955) Rejissor: Tofiq Tağızadə
    56. Qara daşlar. (1956) Rejissor: Ağarza Quliyev
    57. O olmasın, bu olsun. (1956) Rejissor: Hüseyn Seyidzadə
    58. Bir məhəllədən iki nəfər. (1957) Rejissor: İ. Qurin, Əjdər İbrahimov
    59. Qızmar günəş altında. (1957) Rejissor: Lətif Səfərov
    60. Mahnı belə yaranır.(1957) Rejissor: Rza Təhmasib, Mikayıl Mikayılov
    61. “Kazbek” qutusu. (1958) Rejissor: Rəşid Atamalıbəyov
    62. Kölgələr sürünür. (1958) Rejissor: İsmayıl Əfəndiyev, Şüa Şeyxov
    63. Onun böyük ürəyi. (1958) Rejissor: Əjdər İbrahimov
    64. Ögey ana. (1958) Rejissor: Həbib İsmayılov
    65. Uzaq sahillərdə. (1958) Rejissor: Tofiq Tağızadə
    66. Yeni il gecəsində. (1958) Rejissor: Mirzə Mustafayev
    67. Bir qalanın sirri. (1959) Rejissor: Əlisəttar Atakişiyev
    68. Əsl dost. (1959) Rejissor: Tofiq Tağızadə
    69. Onu bağışlamaq olarmı? (1959) Rejissor: Rza Təhmasib
    70. Aygün. (1960) Rejissor: Kamil Rüstəmbəyov
    71. Əyri yolla qazanc. (1960) Rejissor: Şamil Mahmudbəyov
    72. Koroğlu. (1960) Rejissor: Hüseyn Seyidzadə
    73. Qəribə əhvalat. (1960) Rejissor: Şüa Şeyxov
    74. Mollanın sərgüzəşti. (1960) Rejissor: T. Sasanpur
    75. Səhər.(1960) Rejissor: Ağarza Quliyev
    76. Yolda əhvalat. (1960) Rejissor: Rasim Ocaqov
    77. Bizim küçə. (1961) Rejissor: Əlisəttar Atakişiyev
    78. Həyat öyrədir. (1961) Rejissor: Zeynəb Kazımova
    79. Korun mahnısı. (1961) Rejissor: Rauf Kazımovski
    80. Leyli və Məcnun. (1961) Rejissor: Lətif Səfərov
    81. Mateo Falkone. (1961) Rejissor: Tofiq Tağızadə
    82. Böyük dayaq. (1962) Rejissor: Həbib İsmayılov
    83. Əmək və qızılgül. (1962) Rejissor: Tofiq Tağızadə
    84. Körpə. (1962) Rejissor: Rauf Kazımovski
    85. Payız konserti. (1962) Rejissor: Rəşid Atamalıbəyov
    86. Telefonçu qız. (1962) Rejissor: Həsən Seyidbəyli
    87. Əhməd haradadır?(1963) Rejissor: Ədil İsgəndərov
    88. Möcüzələr adası. (1963) Rejissor: Həsən Seyidbəyli
    89. Romeo mənim qonşumdur. (1963) Rejissor: Şamil Mahmudbəyov
    90. Kimi daha çox sevirik. (1964, kinoalmanax) 1. Dağ meşəsindən keçərkən – Rejissor: Zeynəb Kazımova; 2. Zirvə – Rejissor: Arif Babayev; 3. Cazibə qüvvəsi – Rejissor: Həsən Seyidbəyli
    91. Sehirli xalat. (1964) Rejissor: Əlisəttar Atakişiyev
    92. Su ərizəsi. (1964) Rejissor: T. Sasanpur
    93. Ulduz. (1964) Rejissor: Ağarza Quliyev
    94. Zəncirlənmiş adam. (1964) Rejissor: Kamil Rüstəmbəyov
    95. Arşın mal alan. (1965) Rejissor: Tofiq Tağızadə
    96. Daha iki nəfər. (1965) Rejissor: Nazim Abbasov
    97. Yenilməz batalyon. (1965) Rejissor: Hüseyn Seyidzadə
    98. Yun şal. (1965) Rejissor: Rauf Kazımovski
    99. İstintaq davam edir. (1966) Rejissor: Əlisəttar Atakişiyev
    100. İyirmialtılar. (1966) Rejissor: Əjdər İbrahimov
    101. Qaraca qız. (1966, kinoalmanax) 1. Xidmət lifti – Rejissor: Rüfət Şabanov; 2. Qaraca qız – Rejissor: Şamil Mahmudbəyov
    102. Sən niyə susursan? (1966) Rejissor: Həsən Seyidbəyli
    103. Yaşamaq gözəldir, qardaşım. (1966) Rejissor: Ramiz Əsgərov, Antonis Voyazos
    104. Biri vardı? biri yoxdu… (1967) Rejissor: Eldar Quliyev
    105. Dağlarda döyüş. (1967) Rejissor: Kamil Rüstəmbəyov
    106. İnsan məskən salır. (1967) Rejissor: Arif Babayev
    107. Quzu. (1967) Rejissor: İ. Səfərəlibəyov
    108. Poçt qutusu. (1967) Rejissor: Rauf Kazımovski
    109. Sahil bağı. (1967) Rejissor: Vasif Babayev
    110. Torpaq. Dəniz. Od. Səma. (1967) Rejissor: Şamil Mahmudbəyov
    111. Qanun naminə. (1968) Rejissor: Muxtar Dadaşov
    112. Mən ki gözəl deyildim. (1968) Rejissor: Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov
    113. Şəhərimizin daşları. (1968) Rejissor: Tofiq İsmayılov
    114. Uşaqlığın son gecəsi. (1968) Rejissor: Arif Babayev.
    115. Bəşir Səfəroğlu. (1969) Rejissor: Rauf Kazımovski
    116. Bir cənub şəhərində. (1969) Rejissor: Eldar Quliyev
    117. Bizim Cəbiş müəllim. (1969) Rejissor: Həsən Seyidbəyli
    118. Dəli kür. (1969) Rejissor: Hüseyn Seyidzadə
    119. Şərikli çörək. (1969) Rejissor: Şamil Mahmudbəyov
    120. Uşaq arabası. (1969) Rejissor: F. Hacıyev
    121. Abşeron ritmləri. (1970) Rejissor: Eldar Quliyev
    122. Foto “Fantaziya”. (1970) Rejissor: Rauf Nağıyev
    123. General. (1970) Rejissor: Rauf Kazımovski
    124. Xəzinə. (1970) Rejissor: Cəmil Fərəcov
    125. İntizar. (1970) Rejissor: Tofiq İsmayılov
    126. O qızı tapın. (1970) Rejissor: Həsən Seyidbəyli
    127. Sevil. (1970) Rejissor: Vladimir Qorriker
    128. Yeddi oğul istərəm. (1970) Rejissor: Tofiq Tağızadə
    129. Ağır şkaf. (1971) Rejissor: Cəmil Fərəcov
    130. Axrıncı aşırım. (1971) Rejissor: Kamil Rüstəmbəyov
    131. Ən vacib müsahibə. Rejissor: Eldar Quliyev
    132. Gün keçdi. (1971) Rejissor: Arif Babayev
    133. Leyla və onun dostları. (1971) Rejissor: Oqtay Babazadə
    134. Oxuyur Müslüm Maqomayev. (1971) Rejissor: Tofiq İsmayılov
    135. Ulduzlar sönmür. (1971) Rejissor: Əjdər İbrahimov
    136. Gilas ağacı. (1972) Rejissor: Tofiq İsmayılov
    137. Həyat bizi sınayır. (1972) Rejissor: Şamil Mahmudbəyov
    138. Həyat, sən kiminsən? (1972) Rejissor: Əmirhüseyn Məcidov
    139. Xatirələr sahili. (1972) Rejissor: Yalçın Əfəndiyev
    140. Qızıl qaz. (1972) Rejissor: Tofiq Tağızadə
    141. Skripkanın sərgüzəşti. (1972) Rejissor: Şamil Mahmudbəyov
    142. Var olun, qızlar. (1972) Rejissor: Eldar Quliyev
    143. Bizim küçənin oğlanları. (1973) Rejissor: Tofiq İsmayılov
    144. Dənizə çıxmaq qorxuludur. (1973) Rejissor: Ənvər Əbluc
    145. Mahnı qanadlarında. (1973) Rejissor: Kamil Rüstəmbəyov
    146. Ömrün ilk saatı. (1973) Rejissor: Arif Babayev
    147. Səmt küləyi (1973) Rejissor: Eldar Quliyev
    148. Nəsimi. (1973) Rejissor: Həsən Seyidbəyli
    149. Aktrisanın təbəssümü. (1974) Rejissor: Rauf Kazımovski
    150. Çarvadarların izi ilə. (1974) Rejissor: Tofiq İsmayılov
    151. Qatır Məmməd. (1974) Rejissor: Rasim Ocaqov
    152. Qız, oğlan və şir. (1974) Rejissor: Çingiz Rəhimov
    153. 1001-ci qastrol. (1974) Rejissor: Oqtay Mirqasımov
    154. Ömrün səhifələri. (1974, kinoalmanax) 1. Rəqiblər – Rejissor: Teymur Bəkirzadə; 2. Baladadaşın ilk məhəbbəti – Rejissor: Fikrət Əliyev; 3. Nəğmə dərsi – Rejissor: Gülbəniz Əzimzadə
    155. Alma almaya bənzər. (1975) Rejissor: Arif Babayev
    156. Dədə Qorqud. (1975) Rejissor: Tofiq Tağızadə
    157. Dörd bazar günü. (1975) Rejissor: Şamil Mahmudbəyov
    158. Əgər bir yerdəyiksə/ (1975) Rejissor: Vladimir Semakov
    159. Firəngiz. (1975) Rejissor: Əbdül Mahmudov
    160. Bizi dağlarda axtarın. (1976) Rejissor: Nazim Abbasov
    161. Çətirimiz buludlardır. (1976) Rejissor: Nicat Bəkirzadə və Teymur Bəkirzadə
    162. Dərviş Parisi partladır. (1976) Rejissor: Şamil Mahmudbəyov
    163. Günlərin bir günü. (1976, kinoalmanax) 1. Suita – Rejissor: Rüstəm İbrahimbəyov; 2. Günlərin bir günü – Rejissor: Yuli Qusman
    164. Xoşbəxtlik qayğıları. (1976) Rejissor: Həsən Seyidbəyli
    165. Qeyri-adi ov. (1976) Rejissor: Əbdül Mahmudov
    166. Mezazoy əhvalatı. (1976) Rejissor: Rəşid Atamalıbəyov
    167. Tütək səsi. (1976) Rejissor: Rasim Ocaqov
    168. Ürək…ürək… (1976) Rejissor: Eldar Quliyev
    169. Vulkana doğru. (1976-1977) Rejissor: Tofiq İsmayılov
    170. Ad günü. (1977) Rejissor: Rasim Ocaqov
    171. Arxadan vurulan zərbə. (1977) Rejissor: Arif Babayev
    172. Bədbəxtliyin astanasında. (1977) Rejissor: Rauf Nağıyev
    173. De ki, məni sevirsən! (1977) Rejissor: Maqsud İbrahimbəyov
    174. Qərib Cinlər diyarında. (1977) Rejissor: Əlisəttar Atakişiyev
    175. Sevinc buxtası. (1977) Rejissor: Eldar Quliyev
    176. Şir evdən getdi. (1977) Rejissor: Rasim İsmayılov
    177. Üzü küləyə. (1977) Rejissor: Əbdül Mahmudov
    178. Arvadım mənim, uşaqlarım mənim. (1978, kinoalmanax) 1. Toy – Rejissor: Nicat Fezullayev; 2. Bağçada rahat yer – Rejissor: Cəmil Fərəcov; 3. Arvadım mənim, uşaqlarım mənim – Rejissor: Ziyafət Abbasov
    179. Bayquş gələndə. (1978) Rejissor: Şamil Mahmudbəyov
    180. Bir ailəlik bağ evi. (1978) Rejissor: Yuli Qusman
    181. Dantenin yubleyi. (1978) Rejissor: Gülbəniz Əzimzadə
    182. Evin kişisi. (1978) Rejissor: Tofiq Tağızadə
    183. Qaynana. (1978) Rejissor: Hüseyn Seyidzadə
    184. Od içində. (1978) Rejissor: Şamil Mahmudbəyov
    185. Babək. (1979) Rejissor: Eldar Quliyev
    186. Bir az da bahar bayramı. (1979) Rejissor: Nazim Abbasov
    187. Bizi bağışlayın. (1979) Rejissor: Arif Babayev
    188. Diplom işi. (1979) Rejissor: Cahangir Mehdiyev
    189. Dvorjakın melodiyası. (1979) Rejissor: Nazim Abbasov
    190. İstintaq. (1979) Rejissor: Rasim Ocaqov
    191. Qəribə adam. (1979) Rejissor: Əjdər İbrahimov
    192. Mən mahnı bəstələyirəm. (1979) Rejissor: Tofiq İsmayılov
    193. Pərilərə inanmayın. (1979) Rejissor: Yuri Varnovski
    194. Yarımçıq qalmış mahnı. (1979) Rejissor: Maqsud İbrahimbəyov
    195. Anın quruluşu. (1980) Rejissor: Rasim İsmayılov
    196. Anlamaq istəyirəm. Rejissor: Oqtay Mirqasımov
    197. Gözlə məni. (1980) Rejissor: Kamil Rüstəmbəyov
    198. Qızıl uçurum. (1980) Rejissor: Fikrət Əliyev
    199. Onun bəlalı sevgisi. (1980) Rejossor: Ziyafət Abbasov
    200. Təkcə adanı özünlə apara bilməzsən. (1980) Rejissor: Gülbəniz Əzimzadə
    201. Vah!.. (1980) Rejissor: Cahangir Mehdiyev
    202. Yol əhvalatı. (1980) Rejissor: Teymur Bəkirzadə
    203. Babamızın babasının babası. (1981) Rejissor: Tofiq Tağızadə
    204. Bağlı qapı. (1981) Rejissor: Rasim Ocaqov
    205. Birisigün gecəyarısı. (1981) Rejissor: Arif Babayev
    206. Əlavə iz. (1981) Rejissor: Nicat Bəkirzadə
    207. Qorxma mən səninləyəm. (1981) Rejissor: Yuli Qusman
    208. Nəğməkar torpaq. (1981) Rejissor: Ruslan Şahmalıyev
    209. Üzeyir ömrü. (1981) Rejissor: Anar
    210. Belə lazımdır. (1982) Rejissor: Vaqif Mustafayev
    211. Əzablı yollar. (1982) Rejissor: Tofiq İsmayılov
    212. Gümüşü furqon. (1982) Rejissor: Oqtay Mirqasımov
    213. İşgüzar səfər. (1982) Rejissor: Rasim İsmayılov
    214. Qaladan tapılmış mücrü. (1982) Rejissor: Gülbəniz Əzimzadə
    215. Qocalar, qocalar… (1982) Rejissor: Elxan Qasımov, Yefim Abramov
    216. Marş. (1982) Rejissor: Cəmil Quliyev
    217. Nizami. (1982) Rejissor: Eldar Quliyev
    218. Polad Bülbüloğlunun mahnıları. (1982) Rejissor: Tofiq Mirzəyev
    219. Yeddi gözəl. (1982) Rejissor: Feliks Slidovker
    220. Gəmi saatının sirri. (1983) Rejissor: Rüfət Şabanov
    221. Asif, Vasif, Ağasif. (1983) Rejissor: Rasim İsmayılov
    222. İlıq dənizində buz parçası. (1983) Rejissor: Yuli Qusman
    223. Balıq günü. (1983) Rejissor: Cəmil Quliyev
    224. Evlənmək istəyirəm. (1983) Rejissor: Cahangir Mehdiyev
    225. Musiqi müəllimi. (1983) Rejissor: Tofiq İsmayılov
    226. Ötən ilin son gecəsi. (1983) Rejissor: Gülbəniz Əzimzadə
    227. Park. (1983) Rejissor: Rasim Ocaqov
    228. Yeni evlənənlər. (1983) Rejissor: Nicat Feyzullayev
    229. Avqust gələndə. (1984) Rejissor: Gülbəniz Əzimzadə
    230. Gümüşgöl əfsanəsi. (1984) Rejissor: Eldar Quliyev
    231. Köhnə bərə. (1984) Rejissor: Elxan Qasımov
    232. Musiqili xaş. (1984) Rejissor: Vaqif Mustafayev
    233. Qara gölün cəngavərləri. (1984) Rejissor: Ənvər Əbluc
    234. Qoca palıdın nağılı. (1984) Rejissor: Fikrət Əliyev, Hüseyn Mehdiyev
    235. Tənha narın nağılı. (1984) Rejissor: Şamil Mahmudbəyov
    236. Atları yəhərləyin. (Qaçaq Nəbi, Qanlı zəmi) (1985) Rejissor: Əbdül Mahmudov, Həsən Turabov
    237. Bağ mövsümü. (1985) Rejissor: Tofiq Tağızadə
    238. Bayramda yağış. (1985) Rejissor: Cəmil Quliyev
    239. Bəyin oğurlanması. (1985) Rejissor: Ceyhun Mirzəyev, Vaqif Mustafayev
    240. Cin mikrorayonda. (1985) Rejissor: Oqtay Mirqasımov
    241. Sizi dünyalar qədər sevirdim. (1985) Rejissor: Rasim İsmayılov
    242. Aşkarsızlıq şəraitində. (1986) Rejissor: Fərhad Yusifov
    243. Bircəciyim. (1986) Rejissor: Ənvər Əbluc
    244. Burulğan. (1986) Rejissor: Eldar Quliyev
    245. Xüsusi vəziyyət. (1986) Rejissor: Tofiq İsmayılov
    246. İşarəni dənizdən gözləyin. (1986) Rejissor: Ceyhun Mirzəyev
    247. Qəm pəncərəsi. (1986) Rejissor: Anar
    248. On yeddi yaşlı oğlan. (1986) Rejissor: Rüfət Şabanov
    249. Şəhərli biçinçilər. (1986) Rejissor: Əbdül Mahmudov, Hüseyn Mehdiyev
    250. Afroditanın qolları. (1987) Rejissor: Davud İmanov
    251. Araqarışdıran. (1987) Rejissor: Yefim Abramov
    252. İmtahan. (1987) Rejissor: Gülbəniz Əzimzadə
    253. Kişi sözü. (1987) Rejissor: Cahangir Mehdiyev
    254. Kölgədə 40 dərəcə isti. (1987) Rejissor: Leyla Səfərova
    255. Özgə ömür. (1987) Rejissor: Rasim Ocaqov
    256. Pirverdinin xoruzu. (1987) Rejissor: Ramiz Əzizbəyli
    257. Süd dişinin ağrısı. (1987) Rejissor: Hüseyn Mehdiyev
    258. Sürəyya. (1987) Rejissor: Tofiq İsmayılov
    259. Şeytan göz qabağında. (1987) Rejissor: Oqtay Mirqasımov
    260. Yay günü, xəzan yarpaqları. (1987) Rejissor: Tofiq İsmayılov
    261. Cansıxıcı əhvalat. (1988) Rejissor: Cəmil Quliyev
    262. Fatimə. (1988) Rejissor: Dedo Matekoso
    263. Gənc qadının kişisi. (1988) Rejissor: Cahangir Mehdiyev
    264. Meyl. (1988) Rejissor: Samir Xabşi
    265. Murad-Sad. (Мурад-Сад) (1988) Rejissor: Oleq Səfərəliyev
    266. Yaramaz. (1988) Rejissor: Vaqif Mustafayev
    267. Yaşa, qızıl balıq. (1988) Rejissor: Nicat Feyzullayev
    268. Alman klinikasına şəxsi səfər. (1988) Rejissor: Rasim İsmayılov
    269. Bir nəfər hamıya görə. (1989) Rejissor: Murad İbrahimbəyov
    270. Boş yer. (1989) Rejissor: Cahangir Şahmuradov
    271. Dairə. (1989) Rejissor: Ziya Şıxlınski
    272. Dəvətnamə. (1989) Rejissor: Aydın Dadaşov
    273. Doğma sahillər. (1989) Rejissor: Əbdül Mahmudov
    274. Əlaqə. (1989) Rejissor: Cahangir Zeynallı
    275. Həmyerli. (1989) Rejissor: Valeri Kərimov
    276. Hücum. (1989) Rejissor: Rövşən Almuradlı
    277. Lətifə. (1989) Rejissor: Nizami Musayev, Yefim Abramov
    278. Ölsəm… bağışla. (1989) Rejissor: Rasim Ocaqov
    279. Sahilsiz gecə. (1989) Rejissor: Şahmar Ələkbərov
    280. Şerəli və Aybərçin. (1989) Rejissor: Hacımurad İbrahimov
    281. Təxribat. (1989) Rejissor: Eldar Quliyev
    282. Bəxtəvər. (1990) Rejissor: Ömür Nağıyev
    283. Gecə qatarında qətl. (1990) Rejissor: Əbdül Mahmudov
    284. Girişmə, öldürər. (1990) Rejissor: Cahangir Mehdiyev
    285. Güzgü. (1990) Rejissor: Mehriban Ələkbərzadə
    286. Qətl günü. (1990) Rejissor: Gülbəniz Əzimzadə
    287. Şahid qız. (1990) Rejissor: Hüseyn Mehdiyev
    288. Yapon və yaponiyalı. (1990) Rejissor: Sergey Ratnikov
    289. Zirzəmi. (1990) Rejissor: Davud İmanov
    290. Tələ. (1990) Rejissor: Rasim İsmayılov
    291. Divar. (1991) Rejissor: Ramiz Məlikov
    292. Qətldən yeddi gün sonra. (1991) Rejissor: Rasim Ocaqov
    293. Qəzəlxan. (1991) Rejissor: Şahmar Ələkbərov
    294. Qisas. (1991) Rejissor: Yusif Əlizadə
    295. Müqəddəs oda yanaram. (1991) Rejissor: Gülbəniz Əzimzadə
    296. Nakəs. (1991) Rejissor: Vaqif Mustafayev
    297. Pəncərə. (1991) Rejissor: Ənvər Əbluc
    298. Sonuncu məhəbbət. (1991) Rejissor: Cəmil Quliyev
    299. Bəxt üzüyü. (1991) Rejissor: Ramiz Əzizbəyli
    300. Etiraf. (1992) Rejissor: Şamil Əliyev
    301. Kənar adamlar. (1992) Rejissor: Fərid Hümbətov
    302. Lal. (1992) Rejissor: Bəhram Osmanov
    303. Müqəddəs torpaq. (1992) Rejissor: Şahin Sina
    304. O dünyadan salam. (1992) Rejissor: Tofiq Tağızadə
    305. Təbəssüm. (1992) Rejissor: Şahirə Kərimova
    306. 777 №-li iş. (1992) Rejissor: Ceyhun Mirzəyev
    307. Adəmin yaranması. (1993) Rejissor: Yuri Pavlov
    308. Fəryad. (1993) Rejissor: Ceyhun Mirzəyev
    309. Haray. (1993) Rejissor: Oruc Qurbanov
    310. Qırmızı qatar. (1993) Rejissor: Hafiz Fətullayev
    311. Mənim Ağ şəhərim. (1993) Rejissor: Mərahim Fərzəlibəyov.
    312. Təhminə. (1993) Rejissor: Rasim Ocaqov
    313. Hökm. (1994) Rejissor: Xəyyam Aslan, Nadir Muqbilov
    314. Köpək. (1994) Rejissor: Tofiq Tağızadə
    315. Qara Volqa. (1994) Rejissor: Elşən Məmmədov
    316. Həm ziyarət, həm ticarət. (1995) Rejissor: Rasim Ocaqov
    317. Ağ atlı oğlan. (1995) Rejissor: Ənvər Əbluc
    318. Ümid. (1995) Rejissor: Gülbəniz Əzimzadə
    319. Yarasa. (1995) Rejissor: Ayaz Salayev
    320. Yük. (1995) Rejissor: Rövşən Almuradlı
    321. Dağıdılmış körpü. (1996) Rejissor: Rafiq Puyya
    322. Özgə vaxt. (1996) Rejissor: Hüseyn Mehdiyev
    323. Son döyüş. (1996) Rejissor: Xəyyam Aslan
    324. Hər şey yaxşılığa doğru. (1997) Rejissor: Vaqif Mustafayev
    325. Ləqəbi İKA. (1997) Rejissor: Teymur Bəkirzadə
    326. Ailə. (1998) Rejissor: Rüstəm İbrahimbəyov, Ramiz Həsənoğlu
    327. Otel otağı. (1998) Rejissor: Rasim Ocaqov
    328. Sarı gəlin. (1998) Rejissor: Yavər Rzayev
    329. Vahimə. (1998) Rejissor: Rüfət Əsədov
    330. Nə gözəldir bu dünya. (1999) Rejissor: Eldar Quliyev
    331. Təsadüfi görüş. (1999) Rejissor: Şamil Əliyev
    332. Adi əhvalatlar (2000) Rejissor: Murad İbrahimbəyov
    333. Sifarişçi. (2000) Rejissor: Elnur Mehdiyev
    334. Yuxu. (2001) Rejissor: Fikrət Əliyev
    335. Güllələnmə təxirə salınır… (2002) Rejissor: Ələkbər Muradov
    336. Hacı Qara. (2002) Rejissor: Cahangir Mehdiyev
    337. Odla qol-boyun. (2002) Rejissor: Mirbala Səlimov
    338. Ovsunçu. (2002) Rejissor: Oqtay Mirqasımov
    339. Məkanın melodiyası. (2004) Rejissor: Hüseyn Mehdiyev
    340. Küçələrə su səpmişəm. (2004) Rejissor: Nicat Feyzullayev
    341. Arxada qalmış gələcək. (2004) Rejissor: Rüfət Əsədov
    342. Girov. (2005) Rejissor: Eldar Quliyev
    343. Lal çinar. (2005) Rejissor: Vasif Məmmədzadə
    344. Yalan. (2005) Rejissor: Ramiz Əzizbəyli
    345. Məhkumlar. (2006) Rejissor: Mehriban Ələkbərzadə
    346. Biz qayıdacağıq.  (2007) Rejissor: Elxan Qasımov
    347. 40-cı qapı.  (2008) Rejissor: Elçin Musaoğlu
    348. Anlama.  (2008) Rejissor: Murad Muradov
    349. Qala.  (2008) Rejissor: Şamil Nəcəfzadə
    350. 2.  (2009) Rejissor: Hacı Həsənov
    351. Arxası qibləyə.  (2009) Rejissor: Asif Rüstəmov
    352. Bir addım.  (2009) Rejissor: Fariz Əhmədov, Nərgiz Bağırzadə
    353. Cavad xan.  (2009) Rejissor: Rövşən Almuradlı
    354. 220 №-li otaq​.  (2010) Rejissor: Ruslan Hüseyni
    355. Adam​.  (2010) Rejissor: Şamil Mahmudbəyov
    356. Kuklalar.  (2010) Rejissor: Çingiz Rəsulzadə
    357. Sahə​.  (2010) Rejissor: İlqar Safat
    358. Aktrisa.  (2011) Rejissor: Rövşən İsax
    359. Baharın sorağında​.  (2011) Rejissor: Musa Eyyubov
    360. Buta​.  (2011) Rejissor: İlqar Nəcəf
    361. İlahi məxluq​.  (2011) Rejissor: Yavər Rzayev
    362. Tərsinə çevrilən dünya.  (2011) Rejissor: Ənvər Əbluc
    363. Vəkil hanı?  (2011) Rejissor: Ülviyyə Könül
    364. Ağ qan.  (2012) Rejissor: Xəyyam Abdullayev, Elməddin Əliyev
    365. Çölçü.  (2012) Rejissor: Şamil Əliyev
    366. Dolu.  (2012) Rejissor: Elxan Cəfərov
    367. Mayak.  (2012) Rejissor: Fariz Əhmədov
    368. Sübhün səfiri.  (2012) Rejissor: Ramiz Həsənoğlu
    369. 9×9.  (2013) Rejissor: Radmila Gordic
    370. Ağ-qara gecələr.  (2013) Rejissor: Ayaz Salayev
    371. Almanax.  (2013) Rejissor: Eltun Baxışzadə
    372. Ana üçün ağla.  (2013) Rejissor: Emil Quliyev
    373. Dərvişin qeydləri.  (2013) Rejissor: Eldar Quliyev
    374. Qorxma, mən səninləyəm!1919  (2013) Rejissor: Yuli Qusman
    375. Mahmud və Məryəm.  (2013) Rejissor: Mehmet Ada Öztekin
    376. 72. (2014) Rejissor: Səmimi Fərhad
    377. Axınla aşağı. (2014) Rejissor: Asif Rüstəmov
    378. Axırıncı dayanacaq. (2014) Rejissor: Fikrət Əliyev
    379. Qisas almadan ölmə. Keçmişdən məktublar. (2014) Rejissor: Oqtay Mirqasımov
    380. Mən evə qayıdıram. (2014) Rejissor: Samir Kərimoğlu
    381. Nabat. (2014) Rejissor: Elçin Musaoğlu
    382. Bakı, mən səni sevirəm.  (2015, kinoalmanax) “Aziya” – Yavər Rzayev, “Görüş” – Nərgiz Bağırzadə, “Rəssam” – Samir Kərimoğlu, “Həyət” – Nadir Maçanov, “Bəhram Gur” – Andrey Razenkov, “Lotereya bileti” – Aleksander Fodor, “Xəzər Atlantidası” – İlqar Safat, “Sevgi haqqında” – Andre Badalo, “Aysel” – Aleksey Qolubev və “Təsadüf” – Yeqor Mixalkov-Konçalovski
    383. Bakı gecələri.  (2015, kinoalmanax) “Yeraltı keçid” – Xədicə Qarayeva, “Buludlar” – Kəmalə Zəki, “İşıq yolu” – Cabir Əlioğlu, “Beş dəqiqə” – Rövşən Ağayev, “Skripkaçı” – Gündüz Yaşar
    384. Əli və Nino. (2015) Rejissor: Asif Kapadia
    385. 4.1 Şəhər motivləri. (2015, kinoalmanax) “Qonşu qadın” – Anar Abbasov, “Kədərim” – Rüfət Həsənov, “Yuxarıda və aşağıda” – Teymur İsmayılov, “Dmitrov küçəsi 86” – Cəfər Axundzadə, “Zabit şərəfi” – Vüqar İslamzadə
    386. Qatil. (2015) Rejissor: Çingiz Həsənov
    387. Yarımçıq xatirələr. (2015) Rejissor: Elxan Cəfərov
    388. 40-cı paraleldə. (2016, kinoalmanax) “Postskriptum” – Emin Mirabdullayev, “Onun atası” – Zamin Məmmədov, “Hədiyyə” – Emin Əfəndiyev və “Qara bağ” – Amil Məmiyev.
    389. Xeyirlə Şərin rəqsi. (2016) Rejissor: Yavər Rzayev
    390. Xüsusi təyinatlı İbad. (2016) Rejissor: Natiq Novruzov
  • Əmirxizi tükcəyə qarşı durur, Anesiyan isə türkcəni savunur

    Erməni siyasi aktivist Ərdəşir Avanesiyanın “Xatirələr” kitabından bir parça:

    Cevirən: G. Cavanşir

    Təbrizdəki kommunistlər arasında önəmli bir ixtilaf var idi. Biz Azərbaycanda türkcə yazışma və danışma tərəfdarıydıq. Lakin Təbrizin önəmli kommunist aydınları buna qarşı çıxırdılar. Mən sovetlərdə təhsil aldığım üçün Lenin’in milli məsələ ilə bağlı görüşlərini anlamış və millətlərin öz ana dillərində təhsil almalarından yanaydım. Sərtibzadə (təbrizli) qrupu milli məsləyə qarşıydılar. Bu üzdən toplantılarda farsca danışırdılar.

    Onların tərtib etdikləri toplantılara oxumuş adamlar qatıldığından hər kəs farscanı anlayırdı. Lakin ümumxalq fars dilini anlamırdı. Mən onlara “Azərbaycan xalqı türk dilində danışır və farsca anlamır. Ayrıca, öz ana dillərində yazıb oxumaq və danışmaq onların haqqıdır. Ən önəmlisi isə biz sadə xalqla irtibata girmək istəyiriksə onların öz dilində danışmalıyıq” deyirdim. Lakin mənim və mənim kimi düşünənlərin fikrini qarşı tərəf qəbul etməyərək farsca danışmaqdan yanaydılar. Bu mövzuda da anlaşa bilmədik. Məsələn mənim ən yaxın arxadaşım olan Əli Əmirxizi “Avanesiyan, mən özüm azərbaycanlıyam, ancaq öz ana dilimdə danışa və yaza bilmirəm, mən farsca yazıb-danışmağa alışmışam” deyirdi. O, mənim “türklərin öz dillərində yazıb oxuması gərəkdiyi” fikrimə qarşı çıxmasa da, lakin türkcə yazıb oxuya bilmirdi.

    Bu haqda onunla çox mübahisə edərək ona “Azərbaycan xalqının öz ana dilində yazıb oxuması onun təbii haqqıdır, ayrıca, biz bu xalqın ana dili ilə onlarla ilişki qura bilərik, başqa bir alternativimiz yox ki. Sən mənimlə türkcə danışa bilirsənsə, niyə öz xalqınla da türkcə danışmayasan ki? Sən öz oğuşunda (ailəndə) türkcə danışmırsanmı?” deyə sorurdum. Çətinliklə də olsa, onu Təbrizdəki mitinqlərdə türkcə danışmağa razı etdim. Beləcə Əli Əmirxizi Təbrizdəki nimayişlərdə yavaş-yavaş türkcə danəşmağa başladı. Daha sonra bəyaniyələri də türkcə yazdı. Əli Əmirxizi şair və ədib idi, lakin bütün əsərlərini farsca yazırdı. Bu üzdən türkcə yazmaq və bəyan etmək onun üçün çətin iş idi. Özəlliklə farsca yazdıqları yazılarının daha tutarlı və güclü olması üzündən farscaya daha çox meyl göstərirdi. Bu şəkildə Azərbaycanda fəaliyyətlərimizdə zəhmətkeş əhali ilə irtibatımızda türkcə dışında başqa dil qullanmadıq. Sovetlərdə təhsil alanlar türkcənin qullanımına qarşı çıxmır, tam tərsinə türk dilinin rəsmiləşməsindən yanaydılar.

    Ərdəşir Avanesiyan, “Xatirələr”,birinci nəşr, s. 122-123, Almaniya-1990.

  • Bunu bilirdinizmi?

    Bunu bilirdinizmi?

    Bəzi mənbələrə görə, “Qisas və Qanun” (1975) filminin çəkilişləri zamanı aktyor Dharmendra aktrisa Hema Maliniyə aşiq olub, baxmayaraq ki, onlar bundan əvvəl də birlikdə çəkilmişdilər (“Əziz Radja”, 1972; “Zita və Gita”, 1972). Hema Malini onun ikinci həyat yoldaşı olub. Birinci həyat yoldaşı boşanmağa razılıq vermədikdə, Dharmendra islam dinini qəbul edib və həmin dinin qanunlarına əsasən, birinci arvadından ayrılmadan ikinci dəfə evlənib.

  • “Məlumat müharibəsi” – necə oldu ki, məzmun bombadan güclü oldu. 

    “Məlumat müharibəsi” – necə oldu ki, məzmun bombadan güclü oldu. 

    David Kolon

    “Məlumat müharibəsi” kitabının müəllifi hesab edir ki, informasiya dövlətin senzurasından azad olub, amma onu yayan vasitələrə sahib olanların əlinə düşüb.

    Bu günlərdə artıq orduların hakimiyyətləri dəyişmək və ya cəmiyyətləri dağıtmaq üçün sərhədləri keçməsinə ehtiyac yoxdur. Gözlə görünməyən, amma beyinlərdə gedən yeni bir müharibə başlanıb. Sadəcə bir süni intellekt mütəxəssisi kiçik bir alqoritmi işə salsın – milyonlarla insanın şüuru dəyişə bilər. Bu, gələcəyin proqnozu deyil; bu, hər gün telefonlarımızda, ekranlarımızda gördüyümüz reallıqdır.
    Ukraynadan Qəzzəyə, ABŞ seçkilərindən ərəb platformalarındakı kampaniyalara qədər, artıq “məzmun”un yeni mərmi, “trend”in isə döyüş meydanı olduğunu görürük. Bu meydanı isə kibermərkəzlər və rəqəmsal ordular idarə edir — onlar bizim nələri sevdiyimizi, nələrdən nifrət etdiyimizi və necə qəzəbləndiyimizi dəqiq bilirlər.
    Fransız müəllif David Kolon “Məlumat müharibəsi – dövlətlər necə bizim beynimizə nəzarət edir” adlı kitabında qorxulu bir dünyaya qapı açır: burada döyüşlər görünməz vasitələrlə aparılır — şübhə yaratmaq üçün hazırlanmış şəkillərdən tutmuş, həqiqətdən daha inandırıcı saxta xəbərlərə qədər. Alqoritmlər isə siyasi hissləri milli maraqlara uyğun formalaşdırır.
    Kolon yazır: “Biz elə bir müharibəyə daxil olmuşuq ki, nə onu elan etmişik, nə də düşmənimizi tanıyırıq.” Bu müharibənin sonu yoxdur, çünki onun silahı məlumatın özüdür, döyüş meydanı isə insan – sən və mən – həm hədəf, həm də vasitəyik.

    Müəllif və əsər
    David Kolon (David Colon) Paris Siyasi Elmlər İnstitutunun professorudur. O, təbliğat və strateji media tarixi üzrə ixtisaslaşıb. Əvvəllər “Zəkanın manipulyasiyası” və “Məlumat müharibəsi” (2023) kimi mühüm əsərləri çap olunub. O, bu gün Avropada media nəzarəti və kommunikasiya məsələləri üzrə ən önəmli tədqiqatçılardan sayılır.

    Münaqişənin yeni mərhələsi
    Kolon hesab edir ki, tarix münaqişələrin yeni mərhələsinə qədəm qoyub. Artıq hərbi güc və ya iqtisadi üstünlük kifayət deyil – informasiya üzərində nəzarət dövlətlərin ən ölümcül silahına çevrilib. Berlin divarının dağılmasından və SSRİ-nin süqutundan sonra Qərb “həqiqət dövrü”nün başladığını düşündü. İnternet və qlobal media yalanı mümkünsüz edəcəkdi – amma əksinə oldu: məlumat dövlət senzurasından azad olsa da, onu yayan texnologiya nəhənglərinin əlinə keçdi.
    O qeyd edir ki, yeni hakimiyyət təkcə dövlətin özündə təcəssüm etmir, həm də hökumətlə texnologiya şirkətləri arasındakı ittifaqda.

    Məlumat necə silaha çevrilir?
    Kolon bu sualın cavabını media tarixini təhlil edərək verir: xəbər vermək üçün deyil, düşüncəni yönləndirmək və hissləri idarə etmək üçün informasiya istehsal olunur.
    Rəqəmsal inqilabla birlikdə, hər bir dövlətin — hətta hər siyasi və iqtisadi oyunçunun — öz alqoritm, proqramçı və sosial bot ordusu var. Bu ordular kütləvi şüuru idarə etmək üçün bitməz bir müharibə aparır.
    O, ABŞ diplomatı Corc Kennanın irəli sürdüyü “siyasi müharibə” anlayışına istinad edir — yəni hərbi olmayan bütün vasitələrin (təbliğat, iqtisadi və mədəni manipulyasiya və s.) milli məqsədlərə xidmət etməsi.
    Bu gün isə belə müharibənin nə zamanı, nə də sərhədi var: o, kiberməkanda, qlobal mediada və sosial şəbəkələrdə gedir; istifadəçi azad olduğunu sanır, halbuki daim izlənilir və yenidən formalaşdırılır.
    Kolon yazır: “Artıq müharibə nə başlanır, nə bitir, çünki o, meydanda deyil, beyinlərdə gedir.”

    Media rəvayətləri necə yaradılır?
    Kolon hesab edir ki, “rəvayət yaratmaq” informasiya müharibəsinin əsas hissəsidir. Bu gün hər müharibə bir xəbərlə başlayır — diqqətlə yazılmış xəbər və incəliklə seçilmiş bir şəkillə. Çünki ictimai dərk artıq döyüş meydanıdır və böyük dövlətlər ictimai fikri “hərbi hədəf” kimi görürlər.

  • Yenə də “Baharın on yeddi anı”

    “Baharın on yeddi anı” filmində Ştirlis obrazını yaratmaqla, keçmiş SSRİ-də məşhur olan rus aktyoru Tixonov:
    “Bağ evimdə istirahət edərkən, ürəyimlə bağlı özümü pis hiss etməyə başladım. Çox gec idi, yanımda isə həkim yox. Düzdür, yaxınlıqda bir hərbi hospital var idi. Ona görə doğmalarım məni ora aparmalı oldular.
    Qəbul şöbəsində həkim anket doldurmağa başlayır:
    -Soyadı, adı, atasının adı?
    -Tixonov Vyaçeslav Vasilyeviç -deyə cavab verirəm.
    -Hərbi rütbə? -deyə həkim məndən soruşur.
    -Standartenfürer -deyə cavab verirəm.
    Həkim başını qaldırdı, mənə baxdı:
    -Oh, bağışlayın, tanımadım …”
    —
    Almaniyada çəkilişlər zamanı az qala Vyaçeslav Tixonovu həbs edirmişlər. Aktyor qaldığı mehmanxanadan çəkiliş meydançasına piyada getməyə qərar verib, həm də SS-in ştandartenfüreri mundirində. Berlinlilər dərhal onu əhatəyə alıb, tutublar. Polisə təhvil verməmiş, çəkiliş qrupu özlərini çatdırıb, aktyoru onların əlindən ala biliblər.

    Qalan çəkilişlər SSRİ-də çəkilib. Riqada, Tbilisidə, Borjomidə, Moskva ətrafında. Yazda isə bəzi çəkilişlər ancaq Qorki adına kinostudiyada olub.

    Filmin bir yerində Tixonov kibrit çöplərindən heyvan fiqurları düzəldir. Həmin kadrda fiqurları düzəldən qol filmin rəssamı Feliks Rostotskinin qoludur. Tixonovun həmin qolunda “Slava” yazılmış döymə vardı, onu ört-basdır etmək heç cür mümkün olmayıb.

    Daha bir epizodda SS-çilərin uşağa işgəncə verdiyi səhnədə bir, yaxud iki yox, çox sayda uşaqlar çəkilib. Yaxınlıqdakı uşaq evindən gətirilmiş uşaqları hər kadrdan sonra dəyişirmişlər ki, uşaq aclığa, susuzluğa, yuxusuzluğa dözə bilməz.

    Tamaşaçının yadında olar, uşaq açıq pəncərənin qarşısında soyundurulur, guya soyuğun qabağında. Əslində isə çəkiliş studiyada aparılırdı və qətiyyən soyuq gələn yer qoyulmamışdı. Uşaqlara o qədər xoş olurmuş ki, hətta kameraya gülümsəyirmişlər. Axırda səs operatoru Uşaq evinə gedib ki, ağlayan uşaq səsi yazdırıb gətirsin.

    Mahnıları ifa etmək üçün o vaxt çox məşhur olan Müslüm Maqomayev dəvət edilib, oxuyub, amma rejissor xanım Müslümə necə oxumaq lazım olduğunu izah etməyə çalışanda müğənni təkrar oxumaqdan imtina edib: “Mənə kimsə necə oxumağı diktə edə bilməz”. Sonradan Valeriy Obodzinskiy də oxuyub, Valentina Tolkunova da. Kobzon 16-cı ifaçı olub. Rejissordan incik düşsə də onun dedikləri ilə razılaşıb. Titrlərdə isə adı yoxdur, çünki titrlər səs təsdiq edilməzdən əvvəl yazılmışdı.

    Filmin premyerası 1973-cü ilin avqustunda olub. Filmin efirə getdiyi müddətdə, o vaxt milislərin müşahidəsinə görə, ölkədə cinayətkarlığın say azalıb. Həmin vaxt Moskva küçələrində tam sakitlik hökm sürürmüş. Hamı evdə televizor qarşısında “Baharın on yeddi anı”nı izləyirmiş.

    Hətta film Macarıstan televiziyasında nümayiş olunanda SSRİ vətəndaşı gömrükdən keçərkən sərhədçidən soruşub ki, sizin vətəndaşlar Avstriyaya qaçmağa can atmırlar? Sərhədçi – hal-hazırda yox, çünki televiziyada sizin “Baharın on yeddi anı” filmi gedir –deyə gülümsəyərək cavab verib.

    İkinci seriyadan sonra “Mosfilm”ə, televiziyaya aramsız zənglər və məktublar gəlməyə başlayıb. Bir qadın təşəkkür edirmiş ki, əri bu filmə baxmaq xətrinə evdən çıxmır və içkini tərgitməyə başlayıb. Tatyana Lioznova özü filmə baxa bilmirmiş, çəkiliş vaxtı elə haldan düşübmüş ki, özündə güc tapıb işinə baxa bilməyib. Ancaq pəncərədən müşahidə edirmiş ki, bütün mənzillərdə həmin vaxt kinoya baxırlar.

    SSRİ-də gəzən əfsanəyə görə, Leonid Brejnev köməkçilərinə tapşırıb ki, təcili Ştirlisi tapıb, mükafatlandırmaq lazımdır. Andropov cavab verib ki, elə adam yoxdur, bu, uydurulmuş obrazdır. “Təəssüf” – deyə Brejnev cavab verib.

    Həmin gün Brejnev aktrisa Yekaterina Qradovanın evinə zəng edib ki, ona təşəkkür etsin. Aktrisa kiminsə onunla zarafat etdiyini zənn edərək, dəstəyi hirslə asıb. İkinci dəfə zəng vuran köməkçi onu inandıra bilib ki, onunla həqiqətən Leonid İliçin özü danışacaq.

Son Xabarlar